FLAŞ


17 yaşlı qız qardaşını öldürüb, qollarını kəsib, basdırdı


http://news.lent.az/upload/images/news/2016/february/11/small/a0ebef95e4771dbd3ac8cca6886d1982.jpg

Təqsirləndirilən qızın ailəsi ondan elə məhkəmədəcə imtina etdi 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə araşdırma davam edib. İfadələr elan olub. Bu zaman Alyona Baxışova cinayəti etiraf edib və məhkəməyə verdiyi ifadəni təsdiq edib.

Məhkəmə prosesi fevralın 18- davam edib.

Xatırladaq ki, Alyona Baxışova ilkin baxış iclasında ifadə verən zaman hadisəni nəql edib. O, qardaşını tək öldürdüyünü demişdi. Sonrakı iclaslarda isə Alyona Baxışova ifadəsini dəyişirək cinayətin qonşuluqda yaşayan Ələsgər Səlimov tərəfindən törədildiyini demişdi. Məhkəməyə dəvət olunan Ələsgər Səlimov isə ruhi xəstədir. Bununla bağlı tibbi arayış verib.

Qeyd edək ki, hadisə 2014-cü il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İttiham görə, A. Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vurub öldürüb. Daha sonra onun meyitini həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq onu həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb. Baxış Baxışovun meyiti bir müddət sonra qardaşı tərəfindən aşkar edilib.