FLAŞ


Metroda WI-FI olacaq?


http://www.qafqazinfo.az/newsphotos/2016/02/11/405719.jpg

Bakı metrosunda pulsuz internet xidmətinin tətbiq edilməsi planlaşdırılır.

Bolge.info milli.az-a istinadən xəbər verir ki, plana görə, yaxın zamanlarda sərnişinlərə metronun stansiyalarında, eləcə də vaqonlarda pulsuz olaraq WI-FI sisteminə qoşulma imkanının yaradılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır: "Bu söhbət əslində çoxdan var. Sərnişinlər tərəfindən dəfələrlə pulsuz WI-FI-ın olması istəyi bildirilib. Hətta bəzi provayderlər də metroda belə bir xidmətin yaradılmasını təklif ediblər. Lakin hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır".