FLAŞ


Dünyanın dejavü müəmması: Elm nə deyir?


http://axar.az/cdn/2016/february/11/1455139882.jpg

Dejavünü qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayiət olunur.

Axar.az xəbər verir ki, dejavü bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavü bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen insanların 70 faizdən çoxunda ən azı bir dəfə yaşanıb.

 

Dejavünün 3 növü var:

1. Deja vakyu (artıq yaşanmış) - ən çox yayılmış formasıdır. İnsanda bir şeyi daha öncə etdiyi, yaxud eyni vəziyyətdə daha əvvəl də olduğu hissini oyadır və şəxs sonra nələr baş verəcəyini bilir, lakin bu halın öncəgörücülüklə əlaqəsi yoxdur. Adətən baş verdiyi andan etibarən uzun illər boyunca dəqiq şəkildə xatırlanır.

2. Deja henti (artıq hiss edilmiş) - Hadisələr sürətlə yaddaşdan silinir. Bu beyinin gicgah payının epilepsiyası ilə əlaqəlidir.

 3. Deja vizit (artıq gedilmiş) - Bu dejavünün nadir hallarda baş verən formasıdır. İnsan yeni məkana gedir və oranın tanış olduğunu hiss edir. Ola bilər ki, şəxs əvvəllər həmin məkan haqqında oxuyub və daha sonra bildiklərini unudub.

Dejavü daima nevroloqların diqqət mərkəzində olub və bu gün də tədqiq edilir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavüyə səbəb olan əsas amil dejavü zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Kembricdəki Massaçusets Texnologiyalar İnstitutunun alimləri beyinin dejavüyə səbəb olan hissəsini aşkarladıqlarını bildirirlər: onlar iddia edirlər ki, beyinin yaddaş mərkəzindəki hippokampus adlanan neyronlar yeni yerlərin və hadisələrin əqli xəritəsini hazırlayır və daha sonra onları gələcək istifadə üçün qoruyub saxlayır. Onlar bildirirlər ki, iki hadisə və məkan bir-birinə çox oxşadığı zaman dejavü baş verir.

Qeyd edək ki, şizofreniya, beynin gicgah payının epilepsiyası, narahatlıq, dissosiativ şəxsiyyət pozuntusu kimi xəstəliklər dejavüyə səbəb olur.