FLAŞ


Koronavirusa qarşı dərman istehsalı başladı


https://ww.lent.az/upload/images/news/2020/june/29/big/1593430504219_KMJsNZTd.jpeg

Misirin “Eva Pharma” əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb.

Bolge.info AMEA-nın saytına istinadən xəbər verir ki, bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəl həmin preparat Ebola virusuna qarşı istifadə olunub.

ABŞ-ın “Gilead Science” şirkətindən lisenziya alan “Eva Pharma” firması “Remdesivir”i 127 ölkəyə ixrac edəcək. Bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb.

“Favipiravir”in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdırılacaq. Onun yekun qiyməti hələlik müəyyən edilməyib. Bu dərman Yaponiyanın “Avigan” preparatının əvəzedicisidir.

Misir şirkəti dərman preparatlarını öncə Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə digər dövlətlərdən də sifarişlər qəbul ediləcək.