FLAŞ


Azərbaycanda növbəti buraxılış imtahanlarının vaxtı bilindi


https://ww.lent.az/upload/images/news/2020/june/25/big/1593072776726_Cw2oBQs7.jpeg

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 3 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

DİM-dən Lent.az -ya verilən məlumata görə, 2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq mümkündür.

Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.