FLAŞ


Azərbaycanda pandemiya dövründə

mobil operatorların gəlirləri açıqlandı


http://olke.az/uploads/1592160495/sms_180317.jpg
Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,5 faiz artaraq 859,7 milyon manat təşkil edib.

Bolge.info olke.az-a istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, göstərilən xidmətin 71,9 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 79,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 362,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.