FLAŞ


Bakıda ölümlə nəticələnən daha bir yol qəzası


https://ww.lent.az/upload/images/news/2020/may/29/big/1590742137739_n1mclu1H.jpeg

Mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.