FLAŞ


Beynəlxalq uçuşlar bu tarixdə bərpa edilə bilər

— RƏSMİ


http://olke.az/uploads/1590216922/%D1%84%D1%8F%D1%84%D0%B4%D0%B4.jpg
“Yaxın günlərdə ucuşların bərpası və sərhədlərin açılması gözlənilmir”.

Bolge.info yenicag.az-a istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ramin Bayramlının sözlərinə görə, beynəlxalq ucuşların açılması müzakirə edilir:

“Burada bir sıra məsələlər nəzərə alınır. Ola bilsin ki, iyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəliş bərpa olunsun. Yaxın coğrafi əlaqələri olan ölkələrlə ucuşları bərpa etmək olar. Qonşu ölkələrdəki vəziyyət təhlil olunacaq. İlk növbədə Naxçıvana uçuşun açılması gözlənilir”.