FLAŞ


Sabah Azərbaycan səmasında

Ayı görmək mümkün olacaq?


https://ww.lent.az/upload/images/news/2020/may/22/big/1590133234432_atVIt1nK.jpeg

Bu il Ayın Azərbaycan səmasında görünməsindən asılı olaraq, Ramazan bayramı mayın 24-nə düşür.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Lent.az -a bildirib ki, Ramazan ayının son günü-mayın 23-ü Günəş batdıqdan 10-15 dəqiqə sonra (19:57-dən sonra) ala-toranlıqda səmada üfüqə yaxın 40 dəqiqə ərzində Ayı müşahidə etmək mümkün olacaq.

Onun sözlərinə görə, Ayın görünməsi Bakıdan müşahidə olunmaya bilər: “

Üfüq açıq olan istiqamətdən baxılmalıdır. Bakının Yasamal rayonudan baxanda görmək olar. Ayın görə bilmək üçün üfüq açıq olmalı, qarşıda maneələr görünməməlidir.”

X.Mikayılov Ayın müxtəlif ölkələrdə fərqli saatlarda görünməsinə, bu səbəbdən bayramın fərqli günlərdə qeyd olunmasına gəlincə bildirib ki, bu ancaq saat fərqlərindən irəli gəlir: “Ayın üfüqdə nə zaman görünəcəyi Şamaxı Astrofizika Rəsədxanası tərəfindən hesablanır, məlumatlar Nazirlər Kabinetinə təqdim olunur. Daha sonra isə həmin məlumatlar əsasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə işlənir və müvafiq qərar verilir”.