FLAŞ


Mədəniyyət naziri vəzifəsini icra edən şəxs

MƏLUM OLDU


http://olke.az/uploads/1590132300/ecf2a2e0-c71d-4159-95a3-fac364e17882.jpg
Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.

Bolge.info “Report”a istinadən məlumat verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.