FLAŞ


Hacıqabulda 8 otaqlı ev yandı


https://cdn.axar.az/az/upload/1384721954samsun-da-24-ev-yandi-3221023_1191_o.jpg

Hacıqabul rayonunda ümumi sahəsi 150 m² olan taxta konstruksiyalardan ibarət 2 mərtəbəli 8 otaqlı evin 2 otağı və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.