FLAŞ


DİN-dən iş adamının silahının itməsi ilə bağlı

— RƏSMİ AÇIQLAMA


http://olke.az/uploads/1589437352/din.jpg
Daxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib.

Bolge.info xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib. 

Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.