FLAŞ


Azərbaycanda daha bir qadağa ləğv edilir


https://sfera.az/file/pic/xeber/2020-05/1589144330_176bfb0b-a5c6-475c-bda4-ba9c12f3828f_930.jpg

İyunun 1-dən hava şəraiti uyğun olarsa, çimərlik mövsümünə start veriləcək. Koronavirus pandemiyasına görə qadağalar sırasında bu sahə də var. Lakin artıq bəzi ölkələr çimərliklərin istifadəsinə icazə verib. Azərbaycan da mayın 4-dən sonra karantin rejiminin yumşaldılmasına başlayıb. Bəs çimərliklərin istifadəsinə nə vaxt icazə veriləcək?

Bolge.info sfera.az-a istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu məsələ ilə bağlı növbəti günlərdə qərar veriləcək:
"İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. İndidən bir söz deyə bilmərik. Hələ ki bunların açılması gündəmimizdə yoxdur”.