FLAŞ


Xaçmazda keçmiş məhkum narkotik və soyuq silahla yaxalandı

- FOTO


https://cdn.oxu.az/uploads/W1siZiIsIjIwMjAvMDUvMTEvMDkvMDEvMDkvYzNjZmEzNjktMDc0Mi00MzQyLTg5OTEtMTljYzM2ZjE3ZmEzLzQgKDYpLmpwZWciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ?sha=51ab57d76e260f69

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Mətləb İbrahimov idarə etdiyi nəqliyyat vasitəsində rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə bir ədəd bıçaqlı beşbarmaq, bir ədəd dəmir tapança, bir ədəd beyzbol taxtası və narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.  

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.