FLAŞ


Təlimat hazırlandı:

Metro nə vaxt açılır?


https://cdn.axar.az/2019/07/02/metro-yeni.jpg

Ötən gün ictimai nəqliyyatla bağlı hazırlanan təlimatlarda Bakı metrosundan istifadə qaydaları da yer alıb. Bu isə paytaxt sakinləri arasında metronun yaxın günlərdə açılması ilə bağlı məlumatların yayılmasına səbəb olub.

Bolge.info axar.az-a istinadən Məsələ ilə bağlı  açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hələlik metro stansiyalarının fəaliyyətə başlaması ilə bağlı tarix məlum deyil:

“TƏBİB koronavirusla əlaqədar metro ilə bağlı təlimatlar hazırlayır. Orada sərnişinlərlə yanaşı, metro işçilərinə aid təlimatlar da yer alacaq. Amma metronun nə vaxt açılacağı hələlik məlum deyil. Bizə bildirilmişdi ki, mayın 4-dəki karantin rejiminin yumşaldılması metroya aid edilməyəcək. Elə də oldu. Növbəti dəfə qərarın ümumi epidemik vəziyyətin təhlilindən asılı olacağı bildirilib. Yəni konkret vaxt deyilməyib. Hər şey NK yanında Operativ Qərargahın araşdırmasından və təhlilindən asılı olacaq”.

Qeyd edək ki, ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hazırlanan təlimatda metro stansiyalarına daxil olan sərnişinlərə aid qaydalar da yer alıb.