FLAŞ


Neftin ucuzlaşması manata təsir edəcək?

- VİDEO


https://cdn.oxu.az/uploads/W1siZiIsIjIwMjAvMDQvMjMvMTIvMDMvMjEvMzZiMGYwNDEtODRhMy00MWFkLTlhMmMtMDA3ZjJjYzIyZjgwLzMyODRjYjM3LWUyZDAtNDQzZi1hZTBhLTVlZjBjZmMyZDAzOV85MzAxNTQxODMxMjMyLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=a267d600e4f383ac

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, pandemiya, eləcə də dünya enerji bazarında qiymətlərin kəskin düşməsi nəticəsində 2020-ci ildə qlobal iqtisadiyyatda üç faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrində isə 3,9 faiz azalma olacaq. Ölkəmizə gəldikdə isə iqtisadiyyat cəmi 2,2% kiçiləcək.

Bolge.info  bildirir ki, bu göstərici ilə Azərbaycan Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsi arasında pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir. 

Ekspertlərin fikrincə, azalma sırf obyektiv səbəblərdən baş verir. Çünki dünyada alıcılıq qabiliyyəti aşağı düşdüyündən mənfi tendensiya bütün ölkələr kimi Azərbaycanın da ixrac prosesinə təsir göstərir. Ölkəmiz OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən də itirir. 

Pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb. Lakin postsovet məkanında yeganə olaraq, Azərbaycan hökuməti milli valyutanın sabitliyi üçün əsas riskləri öz üzərinə götürüb. 

Ekspertlər bildirir ki, hökumət tərəfindən xarici borclanmaya və devalvasiyaya getmədən böhranla daxili imkanlar hesabına mübarizə aparılır. Pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib.

Eyni zamanda, manatın sabitliyi üçün üç milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib. Növbəti mərhələdə isə iqtisadiyyatın bərpası başlayacaq. Qısacası, milli valyutamızla bağlı hələ ki, heç bir təhlükə görünmür.