FLAŞ


Məleykə Abbaszadə:

"Keçid ballarını biz müəyyən etmirik"


https://img.milli.az/2017/07/10/meleyke_abbaszade_0142.jpg

Keçid ballarını biz müəyyən etmirik. Müsabiqəyə buraxılmaq üçün şərtlər Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilir.

Bolge.info Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, imtahanlarda ixtisaslar üzrə keçid balları abituriyentlərin bilik səviyyəsinə görə müəyyən edilir:

"Hesab edirəm ki, bu il də müəyyən ixtisaslarda daha yüksək, bəzi ixtisaslarda isə aşağı rəqabət vəziyyəti olacaq".