FLAŞ


Dərslər sentyabrın 15-dək təxirə salınmayacaq

- CƏSARƏT VALEHOV


https://azedu.az/uploads/news/2020/04/azedu.az_cesaret_valehov_99.jpg

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov sosial şəbəkələrdə yayılan xəbərlərə öz facebook hesabında aydınlıq gətirdi. Onun sözlərinə görə dərslərin təxirə salınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən güya dərslərin 15 sentyabradək təxirəsalınması ilə bağlı yayılan xəbər yanlışdır. Belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır. Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”