FLAŞ


ÜST-dən koronavirus vaksini ilə bağlı AÇIQLAMA


http://olke.az/uploads/1585721089/1585720473_coronvirus41.webp
Hazırda dünyanın 200-ə yaxın ölkəsində 800 mindən çox insana yoluxan və 39 mindən çox insanın ölümünə səbəb olan koronavirus pandemiyası dünyada kifayət qədər təlaş yaradıb. Bəzi ölkələr bu infeksiyaya qarşı dərman vasitələrini tapdıqlarını iddia edirlər.

Lakin müxtəlif ölkələrin iddia etdiyi dərman vasitələrinin sınaqdan keçirmək lazımdır və bunlar üçün də vaxt tələb olunur.

"Ölkə.Az" xəbər verir ki, bunu ÜST-ün Azərbaycan üzrə təmsilçisi Hande Armancı REAL-a açıqlamasında bildirib.

Hande Armancının sözlərinə görə, virusa qarşı vaksinin tapılması təxminən 12-18 ay çəkə bilər və artıq bu istiqamətində qızğın işlər gedir. Lakin bu işlərə nə qədər çox ölkə cəlb olunarsa və ölkələrdən əldə olunan nəticələr nə qədər sürətli analiz olunarsa, vaksinin tapılması da bir o qədər tezləşə bilər.

Mütəxəssislərin bildirdiyinə görə, hazırda insanların bir-birindən 2 metr məsafədə gəzməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi virusun yayılmasının qarşısının alınması istiqamətində atılan ən önəmli addımlardan biridir.

Hande Armancı bildirdi ki, əgər yaxınlarınızdan birində bu infeksiyanın simptomları müşahidə olunursa, siz də mütləq qaydada özünü təcrid etməlisiniz və müvafiq qaydalara riayət etməlisiniz.