FLAŞ


Koronavirus əşyaların səthində nə qədər canlı qalır?


http://olke.az/uploads/1585127154/%D0%BC%D1%88%D0%BA%D0%B3%D1%8B%D0%BB.jpg
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi koronavirus infeksiyasının əşyaların səthi üzərində nə qədər müddətdə yaşaması ilə bağlı araşdırma aparıb.

Bolge.info olke.az-a istinadən xəbər verir ki, araşdırmalara əsasən, Covid-19 səth üzərində təxmin edildiyi kimi, 3 gün qalmır. Onun əşyalar üzərində yaşamı bundan 5 dəfə çoxdur.

Yaponiya və Kaliforniyadakı gəmilərdə karantində qalan sərnişinləri  təxliyyə etdikdən 17 gün sonra da virusun izlərinə rast gəlinib.

Bununla da o nəticəyə gəlinib ki, virus 5 qat daha artıq canlı qala bilir.