FLAŞ


İnsanları qorxudub pullarını aldılar


https://ww.lent.az/upload/images/news/2020/march/25/big/1585126089984_vA0pnLXq.jpeg

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini V.Ələkbərovu döyüb 2300 manat pulunu, mobil telefonunu, şəxsiyyət vəsiqəsini və bank kartını quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini Ş.Ataşov saxlanılıb.

Bolge.info Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, martın 23-də Nizami rayonunda paytaxt sakini N.Nəciyevi döyüb 5000 manat pulunu quldurluq yolu ilə əlindən alıblar. Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri E.Əliyev və E.Mehtiyev saxlanılıblar.

Digər quldurluq hadisəsi də Nizami rayonunda baş verib.

Martın 23-də naməlum şəxslər paytaxt sakini E.İmanovu bıçaqla hədələyib içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə əlindən alıblar.

Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.