FLAŞ


Azərbaycanda içməli su ilə bağlı qanun hazırlanacaq


https://ww.lent.az/upload/images/news/2020/march/25/big/1585115293892_AklfWLZR.jpeg

İçməli suyun keyfiyyəti barədə qanun qəbul ediləcək.

Bolge.info lent.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.