FLAŞ


Ucar rayonunda azyaşlı maşında yanaraq ölüb.


https://ww.lent.az/upload/images/news/2020/march/24/big/1585051163408_8B7u9K41.jpeg

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında rayonun Təzə Şilyan kəndində baş verib. Kəndə qonaq gələn 1971-ci il təvəllüdlü Qadir Qoca oğlu Hacıyevə məxsus "VAZ-2106" minik avtomobili həyətdə dayandığı yerdə anidən alışaraq yanıb. Hadisə zamanı maşında olan 2006-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimovda yanaraq ölüb.

Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Fakt araşdırılıb.