FLAŞ


Müəllimlərin NƏZƏRİNƏ: Müvafiq fənn üzrə məktəbdə vakansiya olub-olmadığını bu DÜSTURLA hesablayın


https://azedu.az/uploads/news/2020/03/azedu.az_azedu.az_a2c855ccdd686e5bbc4c03771a317884_214_295.jpg

Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələri üçün vakansiya çıxarılarkən müvafiq düsturdan istifadə olunur. Belə ki, müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt müəllimlərin işə qəbulu  və bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqələrində onların ixtisas üzrə topladıqları bal nəzərə alınır.

Belə ki, müəllimin MİQ və DQ-də topladığı ixtisas balı,

0-10 bal olduqda – 0-6 saat;
11-20 bal olduqda- 7 -8 saat;
21-30 bal olduqda – 9-12 saat;
31-35 bal olduqda – 13-18 saat;
36-40 bal olduqda – 18-36 saat dərs yükü müəyyən edilir.

Bəs bu halda məktəbdə müvafiq fənn üzrə vakant yer olub-olmadığı necə müəyyən edilir?

Misal üçün, məktəbdə müəyyən fənn üzrə 20 dərs saatı və 1 fənn müəllimi olduğu nəzərə alaraq, vakansiya olub-olmadığını hesablayaq.

İlk öncə müəllimin diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqələrində topladığı ixtisas balına nəzər yetirmək lazımdır. Tutaq ki, müəllimin diaqnostik qiymətləndirmədə topladığı ixtisas balı 25-dir. Belə olan halda sxemə əsasən (21-30 bal olduqda – 9-12 saat) müəllimə maksimum 12 saat dərs düşür. Məktəbdə həmin fənn üzrə 20 dərs saatı olduğunu nəzərə alsaq, deməli müəllimə maksimum 12 saat dərs verildiyi halda belə 8 dərs saatı boş qalır. Deməli, həmin fənn üzrə 8 dərs saatı vakansiyaya çıxarılmalıdır.

Bəs 8 dərs saatı vakansiyaya çıxarıldıqda həmin vakansiyaya qəbul olunan müəllimin ixtisas üzrə balı məktəbdəki müəllimin ixtisas üzrə topladığı baldan çox olarsa dərs bölgüsü necə aparılmalıdır?

-İşə yeni düzələn müəllim 1 il boyunca ( ixtisas balı məktəbdəki müəllimin balından çox olsa belə ) qəbul olduğu vakansiya üzrə işləməlidir.

Növbəti ildən isə dərs bölgüsü düstur əsasında yenidən aparılır.(azedu.az)