FLAŞ


Qazaxda yanğın: 15 min cücə


http://olke.az/uploads/1584656269/rtfbhrdfbedgfved.jpg
Qazax rayonu ərazisində yerləşən cücə sexində yanğın hadisəsi qeydə alınıb.

Bolge.info “Report”a istinadən bildirir ki, məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib.

Kənd sakini, Anar Kərimova məxsus və ümumi sahəsi 600 kvm olan sexdə baş vermiş yanğın zamanı sexin içərisində olan avadanlıqlar və 400-ə yaxın bildirçin quşu, həmçinin 15 000 cücə yanıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası alovu söndürüb və yanğının yaxınlıqdakı tikiliyə keçməsinin qarşısını alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.