FLAŞ


Devalvasiya ola bilərmi?

– Elman Rüstəmov


https://cdn.axar.az/2019/10/25/elman-rustemov.jpg

Devalvasiya ilə bağlı qorxu yoxdur. Bu məsələ müzakirə belə olunmur.

Bolge.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

O bildirib ki, bu gün əsas müzakirə mövzusu bankların vətəndaşlara texniki baxımdan fasiləsiz xidmətidir :

“Bu gün Azərbaycan valyuta bazarında - istər xarici, istərsə də milli valyutaya olan tələb ödənilir. Bu gün banklara müraciət edən əhali sayı çoxdur. Bankların müştərilərə tam şəkildə xidmət edə bilməməsinin başlıca səbəbi olaraq bunu göstərə bilərik ”.

Baş bankirin sözlərinə görə, banklarda kifayət qədər valyuta var və Mərkəzi Bank hər gün bu valyutanı kifayət qədər artırır:

“Hər gün xərclənən pullar kompensasiya edilir. Lakin bununla belə məsələnin həlli iki tərəfdən də asılıdır. Bütövlükdə əhalimiz banklara inanmalıdır.

Bu problem ajiotaj xarakteri daşıyır”.

Mərkəzi Bank rəhbəri bildirib ki, bank sektoru bu gün kifayət qədər dayanıqlıdır.