FLAŞ


"Baron Şəmi" və oğlunu ata yurdunda öldürdülər

- Qatil yoxa çıxdı - YENİLƏNİB


https://ww.lent.az/upload/images/news/2020/february/27/big/1582801500671_t0QWduA1.jpeg
Hadisəni törədən qardaş oğlunun (onunda 2 övladı var) Deman tərəfdən İrana qaçdığı deyilir.
Həmçinin hər 2 şəxsin, Şəmsəddin və oğlunun aldığı yaralardan dərhal keçindiyi söylənilir. (cenub.az)

***

Yardımlıda güllənən şəxslərin adları məlum olub.

Bolge.info Apa-ya istinadən xəbər verir ki, onlar Masallı rayon sakinləri - Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin öldüyü bildirilir.

Lent.az -ın cenub.az-ın baş redaktoru Zahir Əmənova istinadən verdiyi məlumata görə, hadisə Şəmsəddinin Yardımlıdakı ata yurdunda baş verib. Kərimov bir neçə dəfə həbs həyatı yaşayıb. Onun öldürülən oğlu da elə bir qədər əvvəl həbsdən azad edilib.

Şəmsəddin Kərimovun Masallı şəhərində “Ovçular” adlı mağazası var. O, bu gün səhər səliqəli geyimdə mağazaya gəlib, işçilərinə göstərişlərini verib. Daha sonra Yardımlıya gedib. Hadisə də orda baş verib.

***

14:25

Yardımlıda ata və oğlu güllələnib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Faktla bağlı araşdırma aparılır.

Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.