FLAŞ


Bu dairənin 9 məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı


https://ww.lent.az/upload/images/news/2020/february/25/big/1582636804389_S8lebK24.jpeg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.