FLAŞ


Bu dairənin dörd məntəqəsinin nəticələri “sıfırlandı”


http://olke.az/uploads/1582115431/_1573018390%20(2).jpg
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Bolge.info-nun oxu.az-a istinadən xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. 

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib. 

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib. 

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin. 

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.