FLAŞ


Alkoqollu içkilərin gömrük rüsumu ilə bağlı qərar


http://olke.az/uploads/1582008772/0.jpg
Azərbaycan Respublikasının ərazisinə gətirilən tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və idxal gömrük rüsumu müəyyənləşdirilib.

Bolge.info Yeni Sabah-a istinadən xəbər verir ki, bu Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında və "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliklərdə əksini tapıb.

Beləliklə, tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün 1,9 manat aksiz dərəcəsi müəyyənləşib. Bu içkilərin hər litri üçün isə 2 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.Alkoqollu içkilərin gömrük rüsumu ilə bağlı qərar