FLAŞ


“Sədərək”dəki yanğında zərər görənlərin vəziyyəti açıqlandı


https://ww.lent.az/upload/images/news/2020/february/18/big/1582008019218_qLLHtdgj.jpeg

“Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Bolge.info TƏBİB-ə istinadən xəbər verir ki, hadisə yerində 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

"Sədərək"də xəsarət alan Kliniki Tibbi Mərkəzə aparılan şəxsə xəstəxanada ambulator yardım göstərilib, evə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Ticarət Mərkəzində baş vermiş yanğın artıq söndürülüb.