FLAŞ


Pensiyaçılara pensiyalar artımlarla birgə ödənildi

- RƏSMİ


https://ww.lent.az/upload/images/news/2020/february/08/big/1581170822490_vg3hHd3f.jpeg

Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib.

Bolge.info Lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Fazil Talıbov şəxsi sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, vətəndaşlar artıq pensiyalarını ala bilərlər: “Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi, qrafikə uyğun olaraq ödənəcək. Xatırlatma üçün bildirim ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb”.