FLAŞ


Tovuzda qardaşoğlu bibisinin evini soydu

— FOTO


http://olke.az/uploads/1581059397/69.jpeg
Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının və nağd pulun oğurlandığını bildirib.

Bolge.info Olke.az-a istinadən xəbər verir ki, məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə  istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.