FLAŞ


Deputatlığa namizəd Jalə Seyidli: "Rəhman əmi, sizə ayıb olsun"


https://olaylar.az/media/2020/01/25/qe.jpg

Deputatlığa  namizəd Jalə Mütəllimova-Seyidliinin feysbuk  paylaşımı

"Alllahını sevmək günahdırsa, sizə görə demək ki, bütün imanlılar suçludur...

... Və sevgili Zərdab rayon icra hakimiyyəti başçısının müavini, Rəhman Feyzullayev, mənim nə zamansa adına Rəhman əmi dediyim, fəaliyyətiylə, rüşvətxor olmadığıyla fəxr elədiyim adam, sizə sadəcə ayıb olsun. Hər şeyi kənara qoyuram, qardaş dediyiniz Mütəllim kişinin qızına, bir azərbaycanlı xanıma, üç övlad anasına təriqətçi ləkəsi yaxdığınız üçün. Sabah əxlaqsız dedizdirsəniz şaşmaram artıq. Dövlətçiliyə xidmətinizin səviyyəsi budir demək ki.

Necə saxtakarlıq edirsiniz edin, amma adamlara ləkə yaxmayın, heç olmasa imkan verin dövlətin islahat siyasətindən adamlara danışaq. Adamlar vəziyyəti son dərəcə pisdir Zərdabda. Dövləti hiss eləmirlər, torpaqları əllərimdən alınıb, heyvanlarını otarmağa yer tapmırlar, acizdirlər, çarəsizdirlər. Bu boyda mənəvi terror olmaz. Adamları zombiləşdirməyin. Həbslərlə hədələməyin, çörəyi ilə imtahana çəkməyin. Insanlar dövlətini, prezidentini sevir. Bu sevgini nifrətə çevirməyin zorla.

Siz də bir evin kişisi, bir ailənin başçısınız. Adamları əzməyin cəzası bəzən evimizin içində, gözümüzün qarşısında olur, sadəcə görmək lazımdır, görmək..."

Olaylar.az