FLAŞ


Azərbaycanda qadın göldə batıb


https://ww.lent.az/upload/images/news/2020/january/25/big/1579936150816_iozcWBpV.jpeg

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Paşayeva Lətifə Adil qızı gölə düşərək boğulub.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.