FLAŞ


Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu

— FOTO


http://olke.az/uploads/1579337296/_1573018390.jpg

Bolge.info “report”a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib.

O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.