FLAŞ


Nazirlik səkkiz nəfərdən birinin ölümünə səbəb olan dərmanla bağlı açıqlama yaydı


http://olke.az/uploads/1578992143/%D1%88%D0%BD%D1%82%D1%83.jpg
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin “Dormofol” dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib.

Bolge.info Olke.az-a istinadən məlumat verir ki, nazirlikdən verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən səkkiz  xəstədən birinin anesteziya iynəsindən sonra ölməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.

“Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.

İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırılır ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb.

Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir”, - məlumatda qeyd olunub.