FLAŞ


Bakıda sərnişin avtobusdan yıxıldı: ağır kəllə beyin travması alıb


https://ww.lent.az/upload/images/news/2020/january/13/big/1578874296040_srJBC0G5.jpeg

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır yaralanıb.

APA xəbər verir ki, hadisə Buta qəsəbəsində baş verib.

126 nömrəli marşut xəttu üzrə hərəkət edən avtobusdan sərnişin 1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu enmək istəyib. Bu zaman o hərəkət etmək istəyən avtobusdan yerə yıxılıb. Yaralı açıq kəllə beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.