FLAŞ


Cəlilabadda 39 yaşlı qadın bir neçə nəfər tərəfindən döyülüb


http://olke.az/uploads/1578813699/cell.jpg
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Qarazəncir kəndində qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü Cəfərova Günel Şahverən qızı döyülüb. Zərərçəkənə müvafiq tibbi yardım göstərilib.

Qadının dediyinə görə onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.