FLAŞ


Zərdab Təhsil şöbəsinə yeni təyin olunmuş müdir: "Yüksək nailiyyətlərə ancaq birlikdə nail ola bilərik"


https://scontent.fgbb2-1.fna.fbcdn.net/v/t1.0-9/1463094_1428928267336982_2132175059_n.jpg?_nc_cat=103&_nc_ohc=5FvLe6_2VpgAQk9BVJSwukNuCrOkDg9qPuCu8EXbpudhde3Y_ASAleVGw&_nc_ht=scontent.fgbb2-1.fna&oh=9e00a563c433ecbc5e4fba283e5f9345&oe=5E790FA0

Zərdab rayon Təhsil şöbəsinin yeni təyin olunmuş müdiri Gülağa İsgəndərov sosial şəbəkə vasitəsilə rayon ictimaiyyətinə müraciət edib.

Bolge.info şöbənin yeni rəhbərinin paylaşdığı statusu təqdim edir:

"Əziz Zərdab camaatı. Hər birinizə təbriklərə görə minnətdarlığımı bildirirəm.

Təhsil şöbəsi müdirinin qəbul gününün hansı gün olduğu ilə maraqlanmayın. Təhsillə bağlı istənilən qanuni tələbləriniz dinləniləcək və yerinə yetiriləcək. Şəffaf isləyəcəyik deyib minnət qoymaq istəmirəm. Onsuz da bizim borcumuz şəffaf işləməkdir. Bu yolda bütün rayon ictimaiyyətindən dəstək gözləyirəm. Yüksək nailiyyətlərə ancaq birlikdə nail ola bilərik".