FLAŞ


Prezidentin keçmiş köməkçisinə yeni vəzifə verildi


https://ww.lent.az/upload/images/news/2019/december/04/big/1575459101184_90USuc16.jpeg

Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

APA -nın xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Baş Nazirin imzaladığı digər sərəncamla isə Mehman Tağıyev Sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Əmiraslanov bundan əvvəl Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - PA-nın Aqrar siyasət məsələləri şöbəsinin müdiri olub.