FLAŞ


Bakıda qadın küçədə ürəyindən bıçaqlanaraq qətlə yetirilib

- FOTO - VİDEO


https://ww.lent.az/upload/images/news/2019/november/29/big/1574977349888_gwPIxJAi.jpeg

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA -nın məlumatına görə, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.

Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.