FLAŞ


Bakı metrosunda bu istiqamətdə qatarların hərəkəti dayandırıldı


https://cdn.yenicag.az/files/uploads/2017/04/yencag.az_2017-04-11_19-56-41.jpg

Bakı Metropolitenin “Neftçilər-Qara Qarayev” mənzilində təmas relsində nasazlıq baş verib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” və əksinə istiqamətdə təşkil edilir: “Hazırda “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür İctimaiyyətə əlavə məlumat veriləcək”.

(yeniag.az)