FLAŞ


Bakıda 29 yaşlı kişini döyərək qabırğasını sındırdılar


https://ww.lent.az/upload/images/news/2019/november/14/big/1573686484127_B6djTo6u.jpeg

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

Bolge.info Apa-ya istinadən xəbər verir ki, Sanqaçal qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Cavadov Ayaz Qurban oğlu tanımadığı şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.