FLAŞ


Bu bölgələrdə qaz olmayacaq

- DİQQƏT


http://olke.az/uploads/1572453532/qaz.jpg

Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq.

Bolge.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat verilib.

Məlumata görə, bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.