FLAŞ


“Poliqon” strateji intellekt oyunu üzrə I Çağırış Kubokunun Zərdab və Ağdaş rayonlarıda seçim turu keçirilib

- FOTOLAR


http://fakttv.com/wp-content/uploads/2019/10/73515660_487696661820980_5471697681229283328_n.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Zərdab və Ağdaş rayonu üzrə seçim turu keçirilib.

Bolge.info xəbər verir ki, Zərdabda keçirilən seçim turunda 21 orta məktəb komandasının 126 şagirdinin iştirak etdiyi yarışın nəticələrinə görə Gəlmə kənd tam orta məkdəbinin komandası birinci, Alıcanlı kənd tam orta məktəbin komandası ikinci, Bıçaqçı kənd tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görüldülər. 

Ağdaş rayonunda keçirilən tədbirdə isə 12 orta məktəb komandasının 72 şagirdi gərgin mübarizə apardılar. Yarışın nəticələrinə görə Ay-Ulduz komandası 395 xalla birinci, Gimnaziya komandası 285 xalla ikinci, Zəfər komandası isə 260 xalla üçüncü yerə layiq görüldülər.

Növbəti seçim turları Kürdəmir, Ucar, Ağcabədi və Laçın rayonlarının orta məktəb şəgirdləri arasında keçiriləcək. Seçim turlarında finala vəsiqə qazanmış komandalar noyabr ayı ərzində Zərdab rayonunda keçirilməsi planlaşdırılan I Çağırış Kubokunun final oyununda öz intellekt biliklərini sınayacaqlar.