FLAŞ


Bu şəxslər vergidən azad olundu


http://olke.az/uploads/1571924354/%D0%BC%D1%83%D0%BA%D0%BF%D1%88.jpg
Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

Bogle.info Olke.az-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.