FLAŞ


Kürdəmirdə fərdi yaşayış evində yanğın olub - VİDEO


https://www.sondakikaizmir.com/uploads/haber-resimleri/izmir-balcova-inciralti-nda-yangin-cikti_1878R94957_orj.jpg

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Yuxarı-Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Əzizbəyov küçəsi 1 ünvanında qeydə alınıb.

Yanğın Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü İbrahim Ceyhun oğlu Şirinova məxsus evdə baş verib. Belə ki, yanğın 289 kvadratmetrlik evin zirzəmi hissəsində başlayıb və ev sahibinə məxsus ev əşyaları, döşəmə yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir yanğından mühafizə hissəsinin 2 texnikası və 12 nəfər canlı qüvvəsi cəlb olunub.Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır.