FLAŞ


Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək


http://olke.az/uploads/1571421478/dfhbdfbdf.jpg
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin oktyabr ayının 25-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

"Ölkə.Az" bildirir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev Əliyev Meydanı 1 ) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.