FLAŞ


DİN avtomobillərini satışa çıxarır

- “BMW 320”, “Mercedes Benz E500”...


https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTkvMTAvMTIvMTAvMDQvNDgvODc5ZDMxMzUtZDlhZC00Zjk2LTk0NzktNTI1MmFiYmU0NDMyL21hc2luX2JhemFyaV8wMjM2LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=07fca6a8d83b05ff

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.

Bolge.info Oxu.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş “BMW 320” maşınının start qiyməti 8000 manat olacaq.

2008-ci il buraxılışlı “QAZ-31105”in ilkin 2000 manata təklif ediləcək.

Həmçinin, 2008-ci il istehsalı olan “Mercedes Benz E500” 10000 manata, 2007-ci il buraxılışlı “FIAT Doblo” isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.